Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək

Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red.) tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa edilsin. Mən də öz dəstəyimi verdim.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlətimizin başçısı bildirib: “İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik”.
Digər Xəbərlər

Pakistan qırıcıları Azərbaycana təlim üçün gətirilibmiş - VİDEO + YENİLƏNİB

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirilib

Taksi qiymətləri artacaq? - Rəsmi cavab - VİDEO

Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Prezidentdən Ramiz Mehdiyevlə bağlı FƏRMAN

Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin ofisinin açılışında
