Heydər Əliyevin türkiyəli dostu vəfat etdi
Azərbaycanın mərhum dövlət baçısı Heydər Əliyevin yaxın dostlarından olmuş Yıldırım Turan Türkiyədə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk facebook sosial şəbəkəsində yazıb.
“Onun vəfat xəbəri İğdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb. Yıldırım Turan 20 ilə yaxın İğdırın Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-cı illərdə - Azərbaycanın ən çətin vaxtlarında ölkəmizin yanında olan siyasətçilərdən olub. 20 Yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıranlardan idi. İğdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”.
E.Eltürk bildirib ki, Yıldırım Turanın Heydər Əliyevlə yaxın münasibətləri olub.
“Onun Ulu öndər Heydər Əliyevlə dostluqları olub. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən onu yaxından müşayiət edib”.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:07
Bakıda təmir edilən yol yenidən ÇÖKDÜ - VİDEO
21 Sentyabr 2026 10:10
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
21 Sentyabr 2026 08:49
Bilgəhdə batanlar tələbə imiş - VİDEO
21 Sentyabr 2026 08:25
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
21 Sentyabr 2026 08:01
38 yaşlı kişi faciəvi şəkildə öldü - VİDEO
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51


Bakı -°C

