adalet.az header logo
  • Bakı -°C
16 Iyul 2026 13:52
63
İDMAN
A- A+

Hidayət Heydərov DÇ üçün çəkisini dəyişməyəcək

Hidayət Heydərov dünya çempionatında öyrəşdiyi 73 kq çəki dərəcəsində mübarizə aparacaq.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.

O bildirib ki, H.Heydərov 81 kq çəki dərəcəsində yarışa qatılmayacaq: “Hidayət Heydərov 81 kq çəkidə qüvvəsini sınadı. Medal qazandı, uğurlu oldu. Amma o, dünya çempionatında ənənəvi 73 kq çəkidə mübarizə aparacaq”.