"Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb" - Hikmət Hacıyev
Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və bir qrup jurnalistə müsahibəsində bildirib.
H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Duşənbədə növbəti görüşdə (Azərbaycan və Rusiya liderləri - red.) müzakirə edilib.
"Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik", - o əlavə edib.
Digər Xəbərlər
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28
Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI
10 Dekabr 2025 15:19


Bakı -°C

