Hikmət Hacıyev Qriqoryanla müzakirə apardı
Doha Forumu çərçivəsində "Ermənistan–Azərbaycan Dayanıqlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək" adlı panel sessiya keçirilib.
Adalet.az xəbər verir ki, David Hearstın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.
H.Hacıyevin "X" hesabında yazdığı məlumata görə, müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.
"Mən Azərbaycan tərəfinin Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində göstərdiyi güclü iradəni vurğuladım", - Prezidentin köməkçisi qeyd edib.
Digər Xəbərlər
06 Dekabr 2025 16:00
Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
06 Dekabr 2025 15:56
İlham Əliyev BƏƏ-nin şirkət rəhbərlərini qəbul etdi
06 Dekabr 2025 14:49
Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... - Səxavət Məmməd yazır
06 Dekabr 2025 14:46
“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”
06 Dekabr 2025 14:03
Prezidentin köməkçisi Qətər Əmirinin müşaviri ilə müzakirə apardı
06 Dekabr 2025 12:05
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü
06 Dekabr 2025 11:12
İlham Əliyev Aleksandr Stubbu təbrik edib
06 Dekabr 2025 10:00


Bakı -°C

