adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Oktyabr 2020 11:38
23170
SİYASƏT

Hikmət Hacıyev və xarici diplomatlar Bərdədir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və Azərbaycandakı xarici diplomatlar Bərdədir.

XXX

09:25

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

H.Hacıyev bildirib: “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.