Hikmət Xudiyev:" Məktəbimizin Xankəndiyə köçürülməsi şəhid məzunların və müəllimlərin ruhunu şad edəcək"
jpg-1698656555.jpg)
Bakıda yerləşən “Xankəndi” məktəbinin Xankəndi şəhərinə köçürülməsi xəbəri hər bir azərbaycanlını ürəkdən sevindirib və tezliklə Qarabağa qayıdış arzularına daha bir addım yaxınlaşmasına səbəb olub
Adalet.az xəbər verir ki, buna daha çox sevinən isə Xankəndidəykən 4 saylı Nizami Gəncəvi adına məktəbdə təhsil alan eks məzunlardır. Bu xəbəri Xudiyevlər ailəsi xüsusi biir sevincə qarşılayıb.
Keçmiş polis polkovniki, I Qarabağ müharibəsi veteranı Hikmət Xudiyev də adıgedən məktəbin məktəbin məzunlarından olub. Həm də “əlaçı” olub. O, tarix üzrə fəlsəfə doktoru, tanınmış yazardır , "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Xankəndi məktəbinin qürurverən şagirdlərindən olmuş Hikmət müəllimlə əlaqə saxladıq və onun hazırda hansı hisslər keçirdiyini öyrəndik. Müsahibimiz bildirdi ki, ilk dəfə ayaq basdığı o məktəb, o sinif otağı, bizə evimiz qədər doğma olub: "Baxmayaraq ki, 35 ildir işğalçılar zor gücü ilə Xankəndini, evimizi, məktəbimizi, şəhərimizi, o şəhərdə bizə əziz olan hər şeyi əlimizdən almışdı, amma biz, bizə doğma olan o yerləri, nə oralarla bağlı xatirələri, nə də yenidən yurdumuza qayıtmaq ümidimizi itirmədik. Hazırda xaricdə səfərdə olsam da xəbəri ilk eşidəndə sevincimdən kövrəldim.
Deməli, 4 saylı Nizami Gəncəvi adına məktəb yenidən Xankəndidə fəaliyyət göstərəcək, mən evimizə, məktəbimizə istədiyim vaxt, dönəcəyəm, uşaqlıq, yeniyetməlik illərində qürurla qapısını açdığım, məktəbin qapısını bir də açacağam... Bilmirəm, yaşadığım sevincin böyüklüyünü sizə və oxucularınıza çatdıra bilirəmmi?
Mən deyəndə ki, məktəb bizim evimiz idi, bu bənzətmə deyildi. Mənim atam Cəmil müəllim, anam Şura xanım bu məktəbdə dərs deyirdilər, qardaşlarım mərhum Nazim, İlham, həm də mən bu məktəbin şagirdi olmuşuq. Polisdə işləyəndə məktəb xidməti ərazimə daxil olub. 1 il orada müəllum də işləmişəm.
Bəlkə də gündəlik vaxtımızın çoxu evdə yox 4 N-li məktəbdə keçirdi.Təsəvvür edirsiniz, atamın, anamın, qardaşımın ruhu çoxdan Xankəndidədir. Xankəndi üçün , Qarabağ üçün canından keçən şəhidlərimizin, “yurd” haraylaya-haraylaya əbədiyyətə qovuşan müəllimlərimin, gözləri hər yerdə Xankəndi axtaran, bu günü görməyə əcəl aman verməyən camaatımızın ruhunun orada bizi gözlədiyinə inanıram. Mən o ruhlara təzim etməyə gedəcəyəm ”.
Hikmət müəllim onu da bildirdi ki, Xankəndidə Nizami Gəncəvi adına tam orta məktəb 1945-ci ildə fəaliyyətə başlayıb. 1988-ci ildə ermənilərin Xankəndini işğal etməsindən sonra məktəb fəaliyyətini dayandırıb. Dövlət başçı Prezident İlham Əliyevin 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olundu. Sərəncama əsasən Bakının Sabunçu rayonunda köçkünlər üçün salınmış Şuşa şəhərciyində müasir standartlara uyğun məktəb inşa edilib istifadəyə verildi. Hazırda məktəbimiz Ramanada fəaliyyət göstərir .
Söhbətləşdi Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)
Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO
