Hindistanlıların Gümrüdəki qeyri-adi sərgüzəştləri - Yürüş
Ermənistanın Gümrü şəhərinin mərkəzində, meriyaya bitişik küçədə yüzlərlə hindistanlı tələbə Hindistanda son silahlı toqquşmalarda həlak olan gənclərin xatirəsinə sülh aksiyası keçirib.
Adalet.az xəbər verir ki, erməni mediası bu haqda məlumat yayıb. Bildirilib ki, tədbir iştirakçıları sülh, saflıq və həmrəylik rəmzi kimi ağ paltar geyiniblər.
Hindistanlı tələbələr əllərində “Hindistana sülh”, “Zorakılığa yox”, “Qəhrəmanlarımızı xatırla” və “Sülh naminə birlikdə” şüarları yazılmış plakatlar tutublar. Hindistanlı tələbələrin etirazı Gümrü əhalisi üçün gözlənilməz olub.
Qeyd edək ki, son illər Gümrüdə əcnəbi tələbələrin, xüsusən də Hindistandan olan gənclərin sayı artıb. Onlar əsasən tibb və texniki universitetlərdə təhsil alırlar.
Tədbirin təşkilatçıları qeyd ediblər ki, onların məqsədi təkcə həlak olanların xatirəsini yad etmək deyil, həm də milliyyətindən və dinindən asılı olmayaraq sülh ideyasını yaymaqdır.
Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi “Sindur” əməliyyatının başlanmasından sonra xalqa ilk müraciətində deyib ki, Hindistan hələlik Pakistana zərbələri dayandırıb və bundan sonra İslamabadın addımlarından asılı olaraq hərəkət edəcək: "Biz yalnız Pakistana zərbələrimizi təxirə saldıq. Hindistanın gələcəkdə hansı addım atacağı Pakistanın hərəkətlərindən asılıdır”.
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Dekabr 2025 11:08
Özbəkistan Prezidentini təhqir edən bloger Bakıda saxlanıldı
29 Dekabr 2025 09:59
Zelenski Putinə zəng edə bilər - 5 ildə ilk dəfə
29 Dekabr 2025 09:40
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə nə danışıb?
29 Dekabr 2025 09:23
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 7 polis yaralandı
27 Dekabr 2025 15:32
"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski
27 Dekabr 2025 15:23
Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI
27 Dekabr 2025 15:06
“Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir...”
27 Dekabr 2025 14:00


Bakı -°C

