Hindular və türklər: qədim qohumluğun izləri
Hindular və türklər fərqli xalqlar, fərqli qitələrin sakinləridir. Lakin elm adamları bu iki etnos arasında maraqlı oxşarlıqların mövcud olduğunu sübut edirlər.
Əvvəla, həm hinduların, həm də türklərin tarixi kökü köçəriliklə bağlıdır. İddialara görə min illər öncə hinduların əcdadları Asiyadan qalxaraq Sibir və Altay bölgələrinə köç etmiş, sonralar isə zaman-zaman Berinq boğazı üzərindən Amerika qitəsinə yol almışlar. Boğaz su altında qaldıqdan sonra bu əlaqələr itmiş və onlar bir daha Altaya qayıda bilməmişlər. Lakin yollar kəsilsə də, genetik izlər hələ də yaşamaqdadır.
Müasir genetik tədqiqatlar göstərir ki, Amerika hindularında “Q1” adlandırılan haploqrup üstünlük təşkil edir. Bu genetik iz indiki Sibir türkləri sayılan hantılar, mansilər, yakutlar və şorlar arasında da geniş yayılmışdır. Digər hindu haploqrupu - “C2” ilə işarələnənlər isə Asiya xalqları, o cümlədən türklər arasında daha çox rast gəlinir.
Bu doğmalıq yalnız genetik deyil, dil və mədəniyət səviyəsində də müşahidə olunur. Məsələn, maya və keçua dillərindəki bəzi sözlər türk dili ilə heyrətamiz dərəcədə oxşardır. Onlar türk dilində ağa - “aak”, qana - “kaan”, içməyə - “içu” deyirlər.
Eləcə də məsələn, qurbağaya “baka”, ikiyə “ike”, göyə (səma) “gök”, ataya “tata” deyirlər. Təbii ki, bu cür təməl sözlər heç də təsadüfən eyni ola bilməzdi.
Hətta qədim asteklərin özlərinə verdiyi ad - Akçilan (“ağ ilan”) da türkcəmizdəki anlamla tam üst-üstə düşür.
XVI əsr səyyahları da bu yaxınlıqdan çox yazıblar. İngilis səyyahı Con Cosselin qeyd edirdi ki, Amerika hindularının, xüsusilə də siu tayfalarının geyimi, davranışı və danışığı “türkcə danışan tatarları” xatırladır.
Hindular da türklər kimi öz mənşələrini totem heyvanlarla, məsələn, canavarla bağlayırlar.
Eləcə də türklər kimi, hindular da təbiət ruhlarına, ölən əcdadların və digər mənəvi varlıqların mövcudluğuna inanırlar. Onlarla əlaqə qurmaq üçün şamanlardan istifadə edirlər.
Və nəhayət, hindu çöl evləri ilə türk yurtalarının bənzərliyi hər iki xalqın eyni mənşədən gəlməyinə və eyni məişəti, ənənələri bölüşdüynə tutarlı sübutdur.
Murad Köhnəqala
Digər Xəbərlər
02 Fevral 2026 09:46
Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər
23 Yanvar 2026 13:57
Bu axşam göy üzü "gülümsəyəcək"
21 Yanvar 2026 14:29
“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti - FOTO
20 Yanvar 2026 18:24
"Pulunuz varsa qızıl alın" - Milyarder uğurunu açıqladı
17 Yanvar 2026 19:41
Hansı güclüdür: Canavar itləri, yoxsa adi itlər?
16 Yanvar 2026 10:35
Dünyadan təcrid olunmuş qəbilənin fotoları yayımlandı
14 Yanvar 2026 11:24
2026-cı ilin ən güclü PASPORTLARI
11 Yanvar 2026 14:24


Bakı -°C

