Hizbullah liderinin oğlu və komandir peycerlərin qurbanı oldu
Şiə Hizbullah qruplaşması peycerlərin partladılması zamanı səkkiz döyüşçünün və komandirinin öldüyünü etiraf edib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah üzvləri arasında yaralananların sayı barədə məlumat verilməyib.
Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Partlayışlar nəticəsində azı 4 min nəfər yaralanıb, onlardan 11-i ölüb, o cümlədən 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlu həyatını itirib.
Livanın Səhiyyə Nazirliyi xəstəxanalarda fövqəladə rejim elan edib.
İlkin məlumatlara görə, partlayışlar İsrail kəşfiyyatının Hizbullah üzvlərinin peycerlərinə kiberhücumunun nəticəsidir.
Digər Xəbərlər
14 Yanvar 2025 18:05