Hollandiyada “Sovjet Ereveld Experience” müzeyinin tikintisinə Azərbaycan töhfəsi
Hollandiyada dəfn edilmiş sovet əsgərlərinə həsr olunmuş “Sovjet Ereveld Experience” muzeyi ilk ziyarətçilərinin üzünə açılıb.
Adalet.az RİA novosti –yə istinadən xəbər verir ki, muzey şənbə günü Lesden şəhəri yaxınlığında fəaliyyətə başlayıb.
Muzey İkinci Dünya Müharibəsi zamanı həlak olmuş 865 sovet əsgərinin dəfn olunduğu “Sovet Şöhrət Xiyabanı” memorial kompleksindən bir neçə dəqiqəlik məsafədə yerləşir. Muzeyə Amsterdamdan təxminən 50 dəqiqəyə çatmaq olar.
Sponsorlar arasında Hollandiya hökuməti, Utrext və Amersfortun yerli hakimiyyət orqanları, Rusiya Xarici İşlər Nazirliyi, Ermənistan, Özbəkistan və Azərbaycan hökumətləri, eləcə də bir sıra özəl fondlar olub.
Qeyd edək ki, Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

