Hovasapyandan atmaca:"Bəşər Əsəd bığını qırxdı, ölkəni poliqon etdi, sonra da uçdu"
Erməni ictimai xadim Armen Hovasapyan Facebook sosial şəbəkə hesabında Ermənistanın baş naziri Nikol Paşinyana atmaca atıb.
O, 1 milyona yaxın insanın qətlə yetirildiyi, 12 milyon insanın köç etmək məcburiyyətində qaldığı, bir çox şəhərin xarabalığa çevrildiyi Suriyanı qoyub qaçan Bəşər Əsədə aid paylaşım edib:" Yadınızdadırsa, İlk dövrdə Əsədin də bığları var idi. Əsəd də bığını, saçını qırxdırmışdı.
Ölkəni poliqon etdi, torpağı zibilxanaya döndərdi, Suriyanı tamamilə məhv etdi, sonda da təhvil verdi və uçdu”.
Xatırladaq ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan uzun illərdir ona yoldaşlıq edən saqqalını qırxaraq, bu anı öz Facebook səhifəsində paylaşmışdı. Paşinyan videonu "Salam, ağ saqqal", - yazaraq şərh etmişdi. Çox güman ki, Armen Hovasapyan bu detala görə həmin paylaşımı edib. Mesaj belədir: Paşinyan ölkəni Əliyevə verib qaçacaq".
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Noyabr 2026 00:00
Fransada etiraz aksiyaları - 80 mindən çox insan...
21 Noyabr 2026 23:00
"İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil" - Əraqçi
21 Noyabr 2026 21:30
"ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır" - Tramp
21 Noyabr 2026 18:45
"Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib" - Zelenski
21 Noyabr 2026 13:08
"Rusiya, ABŞ və Çin nüvə arsenallarını azaltmalıdırlar" - Tramp
21 Noyabr 2026 09:20
Putinlə görüşünün detallarını açıqladı
21 Noyabr 2026 09:16
"ABŞ İranla sülh razılaşması bağlamaq niyyətini açıq bəyan etməlidir" - Əraqçi
21 Noyabr 2026 09:08


Bakı -°C

