"Humanist" maskalı terrorçu: ARAŞDIRMA
Kəlbəcərin işğalında iştirak edən əsas fiqurlardan biri, qatı millətçı, separatç,ı terrorçu, Sarkis Atspanyan (Sargis Hatspanyan)12 fevral 1962-ci i , Türkiyənin Hatay vilayəti, erməniərin Aleksandretta adı verdikləri İsgəndurunda anadan olub. O , fransız-erməni şairi və Fransa müqavimətinin qəhrəmanı Misak Manuşyanın bacısı oğludur. Türkiyə Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi dövlət çevrilişində Türkiyəyə qarşı xaincəsinə iştirak edir . Türkiyədə hərbi çevrilişdə iştirak edənlər gözaltına alınarkən Sarkis Avropaya qaçır və Fransa vətəndaşı olur. Parisdə Sorbonna Universitetinin rejissorluq fakültəsini bitirdikdən sonra Qarabağ hadisələrinin izi ilə Ermənistana gəlir və əbədi burda qalır.
Beləki , nəhayət 1990-cı ildən Ermənistanda yaşayırvə elə həmin əvvəllərində terrorbaşı Leonid Azqaldiyan tərəfindən qurulan " Artsax Azadlıq Ordusu"na qoşulur. Türkə qarşı o qədər nifrəti olur ki, həm baş kəsməklə bərabər türkləri (azərbaycanlıları) məhv etməmişdən əvvəl onların əsərlərindən rejissor olaraq süjetlər hazırlayır, çəkilişlər edir , Avropada yayır, bununla da humanist erməni imici yaradırdi. Yəqin ki əsir götürülmüş Şaxanım nənənin görüntüləri qarşınıza cıxıb.
Yaşlı qadını əlindəki silah gücünə ermənilərin xeyrinə danışdıra bilir... 1993-cü ildə Kəlbəcəri işğal edən erməni terror uclarına əsir düşən o nənə bu əbləhin məqsədlərinə çatmasına alət olur. 1994- cu ildə atəşkəs imzalandıqdan sonra Ermənistana haqq qazandırmaq üçün Ermənistanda regional məsələlər üzrə ekspert işləməyə başlayır.
Amma iyrənc terrorçu genetikası, onu həmisə intriqalara səsləyib. 2008-ci il noyabrın 4-də Atspanyan Ermənistan prezidenti Serj Sarkisyana qarşı sui-qəsd hazırlandığını bəyan edəndən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti ona saxta ittiham irəli sürüb, noyabrın 10-da həbs etdi. 9 aprel 2009-cu ildə Sarkis İrəvanın Kentron və Nork-Maraş İcmalarının Ümumi Yurisdiksiya Məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildi .
9 iyun 2011-ci ildə amnistiya ilə azadlığa buraxıldı və yenidən Azərbaycanin əleyhinə çalışmağa başladı.
2018-ci ildə xəstəlik səbəbindən Fransanın Lion şəhərindəki xəstəxanaya köçürüldü və orada 20 yanvar 2018-ci ildə mədə xərçəngindən cəhənnəmə vasil oldu!
Əntiqə Rəşid
Digər Xəbərlər
05 Iyul 2026 13:00
“AzerGold”un 10 illiyi münasibətilə Fəxri xiyaban ziyarət olunub - FOTOLAR
05 Iyul 2026 10:00
AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
04 Iyul 2026 11:34
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
04 Iyul 2026 11:27
“Bu, seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə üstünlük verdiyini nümayiş etdirir...”
04 Iyul 2026 09:42
Bazarlarda 11-12 manata quzu əti... - VİDEO
03 Iyul 2026 17:43
Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
03 Iyul 2026 16:58
Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
03 Iyul 2026 16:37


Bakı -°C



