Hümanizm ideyalarının bariz nüminəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü hümanizm ideyalarına əsaslanır. Bu amnistiyanı digərlərindən fərqləndirən xüsusiyyər isə ondan ibarətdir ki, müstəqil Azərbaycan tarixində ən geniş miqyaslı amnistiya olacaq. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Bu akt çərçivəsində dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, yəni Vətən müharibəsində iştirak edənlər; 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarında iştirak edən şəxslər; həmin əməliyyatlarda həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları; Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslər; mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində zərər görmüş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi gözlənilir. Bununla yanaşı, sosial baxımdan həssas qruplar da amnistiya aktının əhatə dairəsinə daxil edilə bilər. Buraya qadınlar, 60 yaşına çatmış və 60 yaşdan yuxarı şəxslər, azyaşlı uşaqları olan şəxslər, eləcə də digər humanitar əsaslı kateqoriyalara aid olanlara da bu aktın şamil olunacağı istisna olunmur.
Sonda isə onu qeyd edək ki, demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Amnistiya aktının qəbulu da “Konstitusiya və Suverenlik İli” nə verilən ən böyük töhfədir.
Mətanət Səfərli
YAP Nəsimi rayon Təşkilatının əməkdaşı
Digər Xəbərlər
24 Sentyabr 2026 08:32
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
24 Sentyabr 2026 08:28
Azərbaycan sənayesinin yeni dayağı: dağ-mədən və metallurgiya
23 Sentyabr 2026 13:06
Azərbaycan yeni sənaye mərhələsinə qədəm qoyur
23 Sentyabr 2026 10:23
Əminə Ağazadə seçiciləri ilə görüşüb
22 Sentyabr 2026 08:19
İkitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsi
21 Sentyabr 2026 12:18
Yeni Tədris İli Yaxınlaşdıqca Maliyyə Məsələləri Ailələr Üçün Daha Əhəmiyyətli Olur
21 Sentyabr 2026 10:19
Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır
21 Sentyabr 2026 07:58


Bakı -°C

