adalet.az header logo
  • Bakı -°C
08 Dekabr 2023 12:33
432
GÜNDƏM
A- A+

“Hüseynə ömürlük həbs cəzası veriləndə...”-Əsir əsgərimizin qardaşı

“İndi evimizdə hədsiz sevinc var, dünəndən evimizə insanlar gəlib-gedirlər. Anam sevincindən bilmir ki, neyləsin”

Bunu Adalet.az-a açıqlamasında erməni əsirliyində ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun qardaşı Böyükağa deyib. O, buna görə ailəsi adından ölkə başçısına minnətdarlıq edib:

“Hüseynə ömürlük həbs cəzası veriləndə çox məyus olduq, anam qan ağlayırdı. Bir az da təəssüf hissi keçirdim ki, dövlətimiz niyə qardaşımı xilas etmir. Amma bir gün sonra eşidəndə ki, Azərbaycan dövləti 32 erməni hərbçisini azad edib, əvəzində Hüseyn və Aqşini geri qaytarır onda özüm-özümü qınadım ki, səhv etmişəm. İndi də evimizdə jurnalistlər, qohum-əqrəba var. Ailəmiz adından Cənab Prezidentə təşəkkür edirik”. 

 Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Vasif Əlihüseyn