Husilər ABŞ aviadaşıyıcısına yenə hücum etdi

Husilər Qırmızı dənizdə “USS Harri Truman” aviadaşıyıcısına və onu müşayiət edən gəmilərə növbəti dəfə hücum edib.
Adalet.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.
“ABŞ-ın ölkəmizə qarşı təcavüzünə cavab olaraq Yəmənin hərbi-dəniz, raket və PUA qüvvələri düşmənin Qırmızı dənizdə “Harri Truman” aviadaşıyıcısı və hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - Səriya bildirib.
Digər Xəbərlər

Türkiyədə yumurtanın qiyməti kəskin artdı

Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək

NATO-dakı vitse-admiral vəzifədən kənarlaşdırıldı
