"O, ağıllı adamdır" - Netanyahunun yanında Ərdoğanı təriflədi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və Türkiyə ilə bağlı açıqlamalar verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, həmkarı Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox əhəmiyyətli olduğuna da diqqət çəkib:
"Mənim böyük dostum var – onun adı Ərdoğandır. Mən onu çox istəyirəm. O da məni çox istəyir. Bizim heç vaxt problemimiz olmayıb. Suriyada baş verənlərdən sonra mən Ərdoğanı təbrik etdim: "Tarix boyu heç kimin edə bilmədiyini etdin" dedim. Ərdoğan möhkəm və ağıllı adamdır".
Netanyahunun "Suriyada Türkiyə ilə problemləri var" ifadələrinə cavab verən Tramp, "Türkiyə ilə Suriya mövzusunda hər hansı problemi həll edə biləcəyimi düşünürəm. Netanyahu, əgər sənin Türkiyə ilə problemin varsa, onu həll edə bilərəm", - qimətləndirməsini edib.
Digər Xəbərlər

Pezeşkian özünə yeni müavin təyin etdi

Suriyada dövlət çevrilişinin qarşısı alınıb

"Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək" - Paşinyan

Əfqanıstanda 5,6 bal gücündə zəlzələ oldu

ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır

"İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır" - Saakaşvili

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək
