16 Aprel 2025 20:59
313
HADİSƏ

Sabunçudakı tunelə yığılmış su ərazidən kənarlaşdırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

Bu barədə Adalet.az-a FHN-dən bildirilib. 

Hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.