İbrahim Borçalının yoldaşı: “Oğlumu üç gün dəfn etməyə qoymadım” - VİDEO
Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova avtomobil qəzasında həyatını itirən oğulları Rəhim Həsənov haqda danışıb.
ARB-də yayımlanan “O üz” verilişinə müsahibə verən ana oğlunun vəfatından sonra onu üç gün dəfn etməyə icazə vermədiyini etiraf edib:
“Dua edirdim ki, ölüm. Sonra zaman keçdikcə düşündüm ki, mən yoxamsa, Rəhim də yoxdur. Mən yaşamalıyam ki, Rəhimi yaşadım. Bir gün mənə dedi ki, ana, elə düşünürəm ki, mən tez öləcəyəm. Məndə Rəhim doğulandan bir qorxu hissi var idi. Elə bilirdim ki, Rəhimə nəsə olacaq və o xəbər səhər gələcək. Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-si 21 yaşı tamam olurdu. Tortu götürüb yanına getdim, 21 rəqəmli şamın biri yanmadı. 2-ni yandırdıq, şamın 1-i yanmadı. Yarım saat çalışdıq ki, yansın amma yanmadı. Dedim yəqin hər zaman tələsdiyin yarım qalmış həyatındır sənin. Rəhimi üç gün dəfn etməyə qoymadım. Yola salan gün dedim ki, mənə bir işarə ver ki, səni görə bilim. İnanırsız, bir balaca kəpənək gəldi və uçmağa başladı. O mənə mesaj göndərdi ki, məni görür. O gündən evdən kəpənək əskik olmur”.
Digər Xəbərlər
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

