İbrahim İlyaslı: “Onu görəndə öz gəncliyimi xatırladım” - MÜSAHİBƏ
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/31png-1739437478.png)
Onun təbi ilə desək, bütün nakam sevgilər bir- birlərinə “necəsən” deyir. Yaxud da “zalım” bəxti gətirməyən səyyahdır. O, həm də gənclərin dostudur.
Müsahibim Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru şair İbrahim İlyaslıdır.
- İbrahim müəllim, “zalım” necədir?
-“Zalım” hər zamankı kimi gözəl və zalımdı...
-Həmişə səfərə zalım üçün çıxırsınız ?
- Maraqlıdır ki, “Zalım”ın şeiri indi daha çox səfərlərə çıxır... Əvvəlcə Türkiyədə Osmanlı türkcəsində çap olundu, sonra rus dilində. Daha sonra isə kazaxcaya, özbəkcəyə, qırğızcaya çevrildi... İndi hamı “Necəsən” deyir... Daha mən susmuşam. Hə, bir də aşıqlar oxuyurlar.
-Yaradıcılığınızda sevgi şeirlərinin hansı “zalıma” dərs verdi?
-“Zalım”lar dərs verərlər, dərs almazlar ki...
Məsələn belə deyək ;
Belə ovsunlayan olmayıb məni,
Sehir qızı sehir, sirr qızı sirsən.
Öyrətmən yaradıb yaradan səni,
Bəşərə gözəllik dərsi verirsən.
-Kimləri oxuyanda öz gəncliyinizi xatırlayırsınız?
- Taleh Mansuru, Emin Pirini, İntiqam Yaşarı...
-Hansı daha çox bənzərinizdir?
- Talehin həm özü, həm davranışı, həm də şeirləri mənim gəncliyimə çox bənzəyir... İlk dəfə onu danışan görəndə elə bildim eyni ilə özüməm... Gəncliyimi xatırladım. O, mənim gəncliyimdir. Emin isə körpəliyindən gözümün qabağında böyüyüb, şeirləri ilə birlikdə…
-Həsr etdiyiniz şeirlər olub?
- Mənim ünvansız şeirim yoxdur. İthaf nəzərdə tutursunuzsa onlar da var..
-İthaf şeirləriniz yaman çox olub, bəy..
- İndiyəcən yazdıqlarımın 10 faizini təşkil edər... Bir də ki, ithaf şeirlərinə yuxarıdan aşağı baxmaq lazım deyil məncə. Bəzən ithaf, sadəcə, kiməsə üz tutub dərdini deməkdən qaynaqlanır. Əsas mətndir.
-Ədəbi tənqiddən bir şair kimi razısınızmı?
- Ədəbi tənqid məni maraqlandırmadığı üçün onun mənim ondan razı və ya nazarı olmağım heç nəyi dəyişməyəcəyini düşünürəm. Onların öz peşələri var. Allah işlərini avand, qazanclarını da bol eləsin! Zəhmət çəkirlər, iş görürlər...
-Gənclərin indiki şeirləri sizi qane edir? Dinlədiklərinizdən…
- Qane edənlər də var, etməyənlər də var... Ədəbi gəncliyin sıralarında çox istedadlı şairlərimiz, nasirlərimiz var..
-Yazıçılar Birliyi kifayət qədər öz işlərini icra edirlər?
- Kifayət qədər yox, bacardıqları qədər icra edirlər. Bir qurumdan bacardığından, mümkünündən artıq istəmək olmaz.
-Sizcə bacardıqları bu qədərdi?
-Bəli. Artıq “güc”ləri olsaydı bizim iradlarımızdan əvvəl addım atardılar.
-İbrahim müəllim, ədəbiyyatda nələri görmək istəyərdiniz?
- İstərdim ki, yazıçılarımızın, şairlərimizin dünya arenasına çıxacaq əsərləri olsun. Ölkənin hüdudlarından kənarda bizim ədəbiyyat da tanınsın, oxunsun, sevilsin.
-Bu arzuları gercəkləşdirəcək gənclərimiz varmı ?
- Gənclərimizin belə bir potensialı var. Əgər bu potensialı ədəbiyyata çevirsələr, əlbəttə olar. Təəssüf ki, bizdə hələ ki , dünya ədəbiyyatının təsirində qalmaq var, dünya ədəbiyatına təsir etmək yoxdu. Yalnız kosmopolit olmaqla dünyəvi olmaq mümkün deyil. Biz dünyaya milli olaraq maraqlıyıq. Dünya ədəbiyyatı korifeylərinin hamısı ilk növbədə mənsub olduğu milləti və doğulduğu coğrafiyanı yazıb və yazır.
- Fikrinizcə dünya ədəbiyyatı gəncləri inkişafdan geri edir?
- Xeyr. Mütaliə heç kimə gerilik verməz. Sadəcə düşünmək lazımdır ki, mütaliə yalnız mütaliə üçündür, vəssalam! Bu anda yazıçı da sıradan bir oxucu qismində olur. Daha ordan nələrisə ədəbi yaradıcılığı üçün əxz eləmək üçün yox.
-Müasir gənclik sizcə dünya ədəbiyyatını yamsılayır?
- Mən bütünlükdə ədəbi gəncliyimizin ünvanına belə bir yanlış ifadə işlətmərəm. Amma bu cür hallar da istisna deyil...
Əntiqə Kərimzadə
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/Fotoramio (3)jpg-1739434543.jpg)
Mayor Abdullayev:"İlk şəhid kursantlara Həsənrizdə abidə ucaldılmalıdır"
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/10jpg-1739340774.jpg)
İlham Əliyevin CGTN telekanalına müsahibəsi - Tam mətn
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/6jpg-1739254246.jpg)
Repetitorluq, Səməd Vurğun, TV-lər, “Rus evi”... – Aqil Abbasla GÜNDƏM MÜSAHİBƏ
![](https://adalet.az/uploads/img/posts/2025/02/10/Fotoramio (10)jpg-1739178566.jpg)
İsmayıl Tanrıverdi: "14 ildir çoban itinə "Qampr erməni iti" demək xəstə təxəyyülün məhsuludur"
![](https://adalet.az/uploads/img/posts/2025/02/10/24jpg-1739171109.jpg)
Əliheydər Kazımov: Diş sağlamlığını necə qoruya bilərik? - MÜSAHİBƏ
![](https://adalet.az/uploads/img/posts/2025/02/03/37jpg-1738566566.jpg)
Skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur? - MÜSAHİBƏ
![](https://adalet.az/uploads/img/posts/2025/01/31/27jpg-1738307645.jpg)
Günel Mahmudova: Hormon analizləri üçün qan nümunəsi bu saatlarda götürülür - MÜSAHİBƏ
![](https://adalet.az/uploads/img/posts/2025/01/27/15jpg-1737979883.jpg)