adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyul 2022 09:19
936
ŞOU-BİZNES

İbrahim Tatlıses keçmiş arvadını təbrik etdi:  "Ana kraliçamsınız..."

Yəqin ki xatırlayarsınız : Bir neçə il əvvəl keçmiş həyat yoldaşı Dərya Tuna və oğlu İdo ilə birlikdə tətilə çıxan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs haqqında yazılan xəbərlərə əsəbiləşmişdi:

”Günlərdir haqqımda yazılan xəbərləri oxuyuram. "İbrahim tatlısəs Dərya Tuna ilə barışdı". "Barışdı" nə deməkdir? Guya biz küsülü idik, indi barışmışıq. Bundan sonra Dərya xanımla niyə küsək ki? Küssək də, hər ailədə belə şeylər olur. Küsərik də, barışarıq da, nə dəxli var? Dərya xanım uşağımın anasıdır. Mənim də başımın tacıdır. Bütün uşaqlarımın anaları baş tacımdır".
İbrahim Tatlısəs 1983-cü ildə Derya Tuna ilə eşq yaşamağa başlayıb. İbrahim Tatlısəs və Derya Tunanın 18 illik münasibətlərindən İdo adlı oğlu olub.

Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəs 57 yaşını tamam edən Derya Tunanın ad günü münasibəti ilə sosial şəbəkədə təbrik paylaşımı edib. Tatlısəs "Ad günün mübarək, sənə sahib olduğum üçün xoşbəxtəm! Siz həm İdonun anasısınız, həm də mənim ana kraliçamsınız..." qeydini paylaşıma əlavə edib.


Qeyd edək ki, ötən gün Derya Tunanın İbrahim Tatlısesdən olan oğlu da anasını “ Nə yaxşı ki, doğuldun anam” qeydi ilə paylaşım edib.


Əntiqə Rəşid