İcraçı direktor: Azərbaycanda media savadlılığının artırılması prioritetlərdən biridir
Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması Azərbaycanda prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"nda deyib.
Onun sözlərinə görə, buraya həm də media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi daxildir.
"Media savadlılığının artırılması çoxşaxəli və kompleks bir prosesdir. Bu baxımdan, ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləri arasında koordinasiyalı və məqsədyönlü əməkdaşlıq səmərəli nəticələrin əldə olunması üçün zəruri şərtdir. "Media Savadlılığı Həftəsi" çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir".
İcraçı direktor vurğulayıb ki, indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb edilib, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsi genişləndirilib:
"Bu məqsədlə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib".
Digər Xəbərlər
23 Fevral 2026 16:12
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirildi - FOTOLAR
23 Fevral 2026 13:19
WUF13-lə bağlı informasiya vakuumunun yaranmasının qarşısını almalıyıq - Natiq Məmmədli
23 Fevral 2026 13:16
Jurnalist müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir - Mətbuat Şurası
20 Fevral 2026 16:47
Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirilir
18 Fevral 2026 12:52
Rəşad Məcid AMEA ilə mətbuatın əlaqələrini daha sıxlaşdırmağı təklif edib
13 Fevral 2026 14:16
Mətbuat Şurası Azərbaycan Televiziyasını təbrik etdi
10 Fevral 2026 13:31
“Media haqqında” qanuna dəyişiklik edilir
09 Fevral 2026 12:31


Bakı -°C

