İctimai nəqliyyatda yenilik - Avtobusların gəliş vaxtını telefonda izləmək olacaq
Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən innovativ həllər üzərində iş aparılır.
Adalet.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər. Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək.
Həmçinin sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi də yenilənib və funksionallığı daha da artırılıb. “İctimai nəqliyyat barədə rəqəmsal informasiyalar ayna.gov.az internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanmaqdadır. Hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Eyni zamanda, Bakı şəhərində müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələri yerləşdirir. Bu lövhələrdə dayanacağın yerləşdiyi ərazi, oradan keçən marşrutların istiqaməti nümayiş etdirir”, - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
22 May 2026 10:36
270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib
22 May 2026 10:23
AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
22 May 2026 09:59


Bakı -°C

