270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib
Mina təhlükəsi yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır.
Adalet.az xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, məhz bu səbəbdən bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.
“2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu problemin həlli istiqamətində irimiqyaslı addımlar atıb. 2020-ci ilin noyabr ayından bəri 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - deyə Vüqar Süleymanov vurğulayıb.
Digər Xəbərlər
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
22 May 2026 10:23
AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
22 May 2026 09:59
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının cəzası bəlli oldu
22 May 2026 09:37


Bakı -°C

