“Talk2AI: QuillBot Chat ilə İngilis Dilində Danış” layihəsi başa çatıb
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində “Talk2AI: QuillBot Chat ilə İngilis Dilində Danış” layihəsi başa çatıb. 8 ay ərzində həyata keçirilən layihənin məqsədi məktəblərdə ingilis dilinin tədrisinin süni intellekt əsaslı QuillBot Chat platforması vasitəsilə həll etmək, şagirdlərə real və fərdi ünsiyyət mühiti yaradaraq onlardakı dil baryerini aradan qaldırmaq olub.
Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar Liseyində həyata keçiriən layihə çərçivəsində 8-ci sinif üzrə seçilmiş 20 şagirdin iştirakı ilə təlim təşkil olunub.
Təlim mərhələsində iştirakçılara QuillBot Chat platformasının funksional imkanları, süni intellektlə effektiv ünsiyyət prinsipləri, düzgün sorğu (prompt) qurma qaydaları və təhlükəsiz istifadə mexanizmləri barədə ətraflı məlumat verilib. Danışıq bacarıqlarının təkmilləşdirilməsi məqsədilə interaktiv tapşırıqlar, fərdi və cütlü dialoqlar, eləcə də praktik məşğələlər təşkil olunub. Eyni zamanda şagirdlərə danışıq ssenarilərinin hazırlanması, sualların məntiqi və qrammatik baxımdan düzgün qurulması, eləcə də süni intellekt tərəfindən təqdim olunan geri bildirimlərin təhlili üzrə bacarıqlar aşılanıb. Simulyasiya və model dialoqlar vasitəsilə onların sərbəst danışıq, yazı və kommunikativ səriştələrinin inkişafına xüsusi diqqət yetirilib.
Digər Xəbərlər
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
27 Oktyabr 2026 11:46
Türkiyədən ali təhsildə yaşıl dönüş
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33


Bakı -°C

