İdmançılarımızın olimpiya medalları yenisi ilə əvəz olunur
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.
Bu barədə Adalet.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib.
Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.
Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb.
Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.
İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.
Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.
Digər Xəbərlər
25 Fevral 2026 19:14
Reqraqi postundan ayrıldı
25 Fevral 2026 18:42
Bakıda əfsanəvi futbolçumuzun abidəsi qoyulacaq
25 Fevral 2026 17:53
Meksikanın Dünya Çempionatına ev sahibliyi ləğv ediləcək? - FIFA prezidentindən açıqlama
25 Fevral 2026 17:21
"Qarabağ" 5 futbolçusu ilə vidalaşacaq
25 Fevral 2026 15:39
Azərbaycanlı karateçiyə sanksiya tətbiq edildi
25 Fevral 2026 14:26
"Kəpəz" dağın niyə təpə elədilər.. - Müşfiq Cəfərov yazır
25 Fevral 2026 10:57
Çempionlar Liqası: “Qalatasaray” “Yuventus” səfərində
25 Fevral 2026 09:41


Bakı -°C

