İki bağçaya elektron qeydiyyat başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.
İdarədən Adalet.az-a verilən məlumata görə, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 saylı uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 saylı körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesi başlayıb.
Həmin ərazidə yaşayan valideylər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.
Qeyd edək ki, 348 saylı uşaq bağçasında 5, 347 saylı körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.
Digər Xəbərlər
10 Yanvar 2025 18:18
Buraxılış imtahanlarının vaxtı açıqlandı
10 Yanvar 2025 18:05Ali məktəblərə qəbul imtahanları BU TARİXLƏRDƏ KEÇİRİLƏCƏK
10 Yanvar 2025 17:492025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri
10 Yanvar 2025 10:49Bəhmənlinin şagirdləri...
07 Yanvar 2025 12:12