16 Dekabr 2024 12:40
303
İQTİSADİYYAT

"İkinci qaz xəttinin Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir" - Baş nazir

Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatı yerinə yetirilir.

Adalet.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib.

    Baş nazir bildirib ki, Naxçıvanda bu gün qaz təminatı 100%-dir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”.