İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş nitqi ilə açan İnstitutun rektoru Aqil Şirinov 1990-cı ilin yanvarın 20-də, həmçinin Vətən müharibəsində şəhid olanların ruhuna rəhmət, yaralılara Allahdan şəfa diləyib.
Aİİ rəhbəri daha sonra Azərbaycan xalqının mübariz və qəhrəman olduğunu qeyd edib. Azadlıq mübarizəsinin ən bariz nümunəsi olan həmin gecə yaşananlar barədə ətraflı danışan rektor faciəli günlərdə Azərbaycan xalqının haqq səsini Moskvadan bütün dünyaya çatdıran ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərini vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri zamanında olduğu kimi 44 günlük Vətən Müharibəsində də xalqımızın birlik ruhunun, bir yumruq kimi birləşməsinin şahidi olduq.
A.Şirinov vurğulayıb ki, itirilən torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun səyi nəticəsində geri qaytarıldı. Rektor bildirib ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda dəmir yumruq kimi birləşdiyimiz kimi, bundan sonra da ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə bir olmalıyıq.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində həm faciəli, həm də ibrətamiz hadisədir.
Millət vəkili qeyd edib ki, tarixin ayrı-ayrı dövrlərində Azərbaycanın müxtəlif bölgələrindən torpaqlar, yaşayış məntəqələri zorla qoparılaraq Ermənistana verilib. Bununla da imperiyanın kimi müdafiə etdiyi məlum olub.
1990-cı ilin yanvarın 20-də əliyalın kütlə küçələrə çıxaraq bu siyasətə etiraz edir, öz haqqını tələb edirdi. Həmin gecə əhaliyə qarşı törədilən amansız qətliamdan sonra xalqımız dərk etdi ki, bu imperiya və ordu bizim deyil. Bu mənada, 20 Yanvarın ibrət dərsləri itirdiklərimizdən daha çox oldu.
Professor Anar İsgəndərov daha sonra vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı “Dəmir Yumruq”a çevrildi, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Torpaqlarımız azad olunduqdan sonra, 20 Yanvar şəhidlərinin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanına gedəndə qürur, fərəh hissi keçirir, başımızı dik tuturuq.
Digər Xəbərlər
18 Dekabr 2025 12:33
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
18 Dekabr 2025 12:05
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18 Dekabr 2025 10:45
Azərbaycan Universiteti ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
17 Dekabr 2025 12:01
45 məktəbdə istilik sistemi yeniləndi
17 Dekabr 2025 10:33
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir - VİDEO
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37


Bakı -°C

