İlham Əliyev: Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib
İşğal zamanı Azərbaycan xalqının üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib.
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən deyib.
Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb:
"Sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük".
Dövlət başçısı son aylar sülhün artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçdiyini deyib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.
"Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz", - dövlət başçısı deyib.
Digər Xəbərlər
21 Yanvar 2026 12:41
Tramp İlham Əliyevə məktub göndərdi
21 Yanvar 2026 11:34
“Azərbaycan "Qəzza sülh Şurasına" üzv ola bilər” - Politoloq
21 Yanvar 2026 11:26
"Cəmiyyətdə səfərbərliklə, çağırışla bağlı müəyyən sullar var" - Komitə sədri
21 Yanvar 2026 11:20
Prezident Davosda daha bir görüş keçirdi - FOTOLAR
21 Yanvar 2026 11:11
Kərim Vəliyev Qətərin hərbi rəhbərliyi ilə görüşdü - FOTO
21 Yanvar 2026 11:05
Hərbi səfərbərliklə bağlı ictimai dinləmə keçiriləcək
21 Yanvar 2026 11:00
“Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır...”
21 Yanvar 2026 10:27


Bakı -°C

