İlham Əliyev: "Bu komandamızın tərkibinin yerli idmançılardan ibarət olması məni sevindirir"
Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən söyləyib.
"Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik: "Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər".
Digər Xəbərlər
01 Noyabr 2026 19:47
Güləşçimiz dünya çempionatında üçüncü oldu
01 Noyabr 2026 14:07
"El-Klasiko" zamanı evi qarət edildi
01 Noyabr 2026 09:15
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02
Bakıdakı dünya çempionatının qalibi bəlli oldu
30 Oktyabr 2026 18:20


Bakı -°C

