İlham Əliyev Çin Sədrinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.
Adalet.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Sədr,
Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
Digər Xəbərlər
08 Yanvar 2025 17:24
Misir lideri İlham Əliyevə başsağlığı verdi
08 Yanvar 2025 16:55Demarkasiya komissiyaları yaxın vaxtda yeni iclas keçirəcək
08 Yanvar 2025 16:25Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı məlum oldu
08 Yanvar 2025 16:07"Azərbaycan və İran xalqları çox sıx tellərlə bir-birinə bağlıdır" - İlham Əliyev
08 Yanvar 2025 15:44