Tramp ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan edə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müttəfiqlər və rəqiblər üçün ümumi rüsumlara hüquqi əsas yaratmaq məqsədilə ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan etmək imkanını nəzərdən keçirir.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu addım Trampa ölkədə fövqəladə vəziyyət zamanı prezidentə idxalı idarə etmək səlahiyyəti verən "Beynəlxalq iqtisadiyyatda müstəsna səlahiyyətlər haqqında Qanun"dan istifadə edərək yeni tarif proqramı yaratmağa imkan verəcək.
"Heç nə istisna edilmir", - mənbə telekanala bildirib və ölkədə fövqəladə vəziyyətin elan edilməsi məsələsinin müzakirə edildiyini təsdiqləyib.
Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp ABŞ-yə bütün ölkələrdən idxala 10 %, Çin mallarına isə 60 % rüsum tətbiq edəcəyinə söz verib. O, həmçinin vəzifəyə başladığı ilk gün Kanada və Meksikadan idxala 25 % rüsum tətbiq edəcəyini bildirib.
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
