İlham Əliyev iki ölkənin Prezidentini təbrik edib
Prezident İlham Əliyev Albaniyanın Prezidenti Bayram Beqaya və Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, Albaniyanın Prezidenti Bayram Beqaya ünvanlanan məktubda deyilir:
- Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Albaniya dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf etmişdir.
Keçən il Azərbaycanın Albaniyada Səfirliyinin təsis edilməsi, habelə həyata keçirdiyimiz qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığımızın genişlənməsinə təkan vermişdir.
İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam edirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə ünvanlanan məktub:
"Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
Digər Xəbərlər
05 Oktyabr 2026 13:26
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
05 Oktyabr 2026 12:47
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 12:05
Prezident Ettienn Berxtoldu qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 10:42
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
05 Oktyabr 2026 10:23
İran Azərbaycana qarşı davranışının cavabını almalıdır – Politoloq
05 Oktyabr 2026 10:23
“O, Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır...”
05 Oktyabr 2026 09:00
ƏDALƏTİN BƏRPASI: AZƏRBAYCANIN SUVERENLİYƏ APARAN YOLU
04 Oktyabr 2026 23:51


Bakı -°C

