İlham Əliyev Ksaba Leykonu qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə Prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.
Adalet.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu.
"John Deere" şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi.
Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi.
Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olundu, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1837-ci ildə ABŞ-da qurulmuş "John Deere" kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan "John Deere"in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.
Digər Xəbərlər
07 Yanvar 2026 17:39
İlham Əliyev bir qrup şəxsi təltif etdi
07 Yanvar 2026 17:28
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
06 Yanvar 2026 21:02


Bakı -°C

