adalet.az header logo
  • Bakı -°C
07 Aprel 2026 16:41
73
SİYASƏT
A- A+

İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı

"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.

Qeyd edək ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.