İlham Əliyev Pakistan Baş naziri ilə telefonla DANIŞDI

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.
Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.
Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Digər Xəbərlər

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək

Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM

İlham Əliyev İran Prezidentinin müşavirini qəbul etdi - YENİLƏNİB + FOTO

“İcra haqqında” qanuna dəyişiklik təklif olunur

Əziz Ələkbərli: 44 günlük müharibədən sonra çoxlarının maskası yırtıldı
