İlham Əliyev Pezeşkianla görüşdü
Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.
Adalet.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.
Prezident Məsud Pezeşkian iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.
Azərbaycan Prezidenti İranın qeyri-üzv dövlət kimi "MDB plyus" formatında ilk dəfə iştirakına toxundu.
Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.
Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.
*** 14:22
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
23 Noyabr 2026 13:42
Ceyhun Bayramovla Antonio Tayani arasında təkbətək görüş başladı
23 Noyabr 2026 12:21
Prezident qəbul keçirdi - FOTOLAR
23 Noyabr 2026 10:11
Prezidentdən Asif Əsgərovla bağlı SƏRƏNCAM
23 Noyabr 2026 10:00
“Putin Trampı dostu kimi qəbul etmir”
23 Noyabr 2026 09:58
Millət vəkili vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Noyabr 2026 09:44
“Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması...”
23 Noyabr 2026 09:30
Okean və dənizlərə açılan Cənub-Şərqi Asiya regionuna doğru:xarici siyasətimizin yeni üfüqləri
23 Noyabr 2026 09:21


Bakı -°C

