İlham Əliyev qəbul keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.
Adalet.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.
Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdılar.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğuladı. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladı.
Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini dedilər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndirdilər.
Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açıldı, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulandı.
Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirildi, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edildi.
Digər Xəbərlər
13 Noyabr 2025 10:27
İlham Əliyev: Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib
12 Noyabr 2025 17:54
Ceyhun Bayramov Banqladeşin ölkəmizdəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib
12 Noyabr 2025 15:04
"Bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər" - İlham Əliyev
12 Noyabr 2025 15:02
"Bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir" - Prezident
12 Noyabr 2025 15:01
"Əsas infrastruktur layihələri başa çatıb" - İlham Əliyev
12 Noyabr 2025 15:01
Bu məmurlarla bağlı ciddi ölçü götürüləcək - Prezidentdən xəbərdarlıq
12 Noyabr 2025 14:50
Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul etdi
12 Noyabr 2025 14:37


Bakı -°C

