“İcra başçılarının fəaliyyəti rayonların iqtisadi inkişafı üçün çox önəmlidir”
“Düzdür, rayonların iqtisadi inkişafı tam olaraq icra başçısının fəaliyyətindən asılı deyil. Amma böyük ölçüdə bunun öz təsirləri var. Yerli iqtisadi dinamikanın formalaşmasında idarəetmənin peşəkarlığı, təşəbbüskarlığı və məsuliyyət hissi mühüm rol oynayır. Amma bu iş yalnız idarəçilik bacarığı ilə məhdudlaşmır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, icra başçısının uğuru həm də insanın daxilindən gələn dəyərlərdən, vicdan, ədalət hissi, empatiya və məsuliyyət duyğusundan asılıdır:
“Çünki iqtisadi qərarlar yalnız rəqəmlərlə deyil, insanların talelərinə təsir edən seçimlərlə bağlıdır. İnsani keyfiyyətlərlə idarə olunan bölgədə etimad mühiti yaranır, vətəndaş dövlətə inanır, sahibkar təşəbbüs göstərməkdən çəkinmir. Naxçıvan Muxtar Respublikasında isə həm yeni idarəetmə yanaşması, həm də tətbiq olunan vergi və gömrük güzəştləri bu regiona əlavə dividendlər verir. Güzəştlər sahibkarlığın genişlənməsinə, istehsalın artmasına və iqtisadi mühitin canlanmasına real təsir göstərə bilər. Əlqərəz, cənab Prezidentin son təyinatları, səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar bir daha təsdiqləyir ki, bir rayonun iqtisadi inkişafı üçün rayonu idarəedənin təhsil göstəriciləri və iş təcrübəsindən daha çox, vicdanlı idarəetmə və insani dəyərlərə söykənən liderlik prinsipləri önəmlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Dekabr 2025 13:10
Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı
27 Dekabr 2025 12:55
DİN bayram günlərində azad olunan ərazilərə gedənlərə müraciət etdi - VİDEO
27 Dekabr 2025 11:11
Leyla Əliyeva IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışdı
27 Dekabr 2025 09:20
Daxili işlər naziri Qubada sıra baxışı keçirəcək
26 Dekabr 2025 18:42
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə MƏLUMAT YAYDI
26 Dekabr 2025 17:51
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah günün ikinci yarısından...
26 Dekabr 2025 17:20
Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini geri qaytardı
26 Dekabr 2025 16:41


Bakı -°C

