adalet.az header logo
  • Bakı -°C
27 Dekabr 2025 14:00
69
DÜNYA
A- A+

ABŞ-də rekord - Kaliforniyada 72 saat yağış yağıb

ABŞ-nin Kaliforniya ştatına şiddətli qasırğanın gətirdiyi leysan 72 saat ərzində Los-Ancelesə yarım illik yağıntı miqdarını gətirib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, normadan artıq yağan yağış daşqınlara və torpaq sürüşmələrinə səbəb olub, riskli ərazilərdə yaşayanlara təcili təxliyə göstərişləri verilib.

Ümumilikdə, ştat ərazisindəki sel və torpaq sürüşmələri nəticəsində azı 3 nəfər həyatını itirib. Ölənlərdən birinin yerli şerif müavini olduğu bildirilir.