İlham Əliyev Sumqayıtda açılış və təməlqoyma mərasimlərində iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
Adalet.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.
Sonra dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Digər Xəbərlər
19 May 2026 00:24
WUF13 iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi - FOTOLAR
18 May 2026 22:30
WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb - YENİLƏNİB
18 May 2026 17:35
Məryəm Nəvaz Şərif: "Bakıda özümü yad ölkədə hiss etmirəm"
18 May 2026 17:10


Bakı -°C

