İlham Əliyev və Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar - FOTOLAR

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Adalet.az xəbər verir ki, işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Digər Xəbərlər

Səhiyyə nazirliyində Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi

36 nömrəli marşrutda nə baş verir?

Liderlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırıldı

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib
