36 nömrəli marşrutda nə baş verir?
Bakıda bərbad gündə olan marşrutlardan biri də, 36 nömrəli marşrutlarda hərəkət edən avtobuslardı.
Bu avtobuslara bir dəfə əyləşən şərnişin ikinci dəfə minmək istəmir. Amma o avtobuslardan naəlac qalıb , hər gün istifadə edən sərnişinlər çoxdur.Birincisi bu avtobusların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib.Ona görə də, tez- tez texniki cəhətdən nasaz olduğu üçün sıradan çıxıb yarıyolda qalır. Salona girəndə oturacaqlar gigyenik və sanitar baxımından çox çirklidir.
Adam istəmir ki, orada əyləşsin. Sanki uzun müddətdir ki, oturacaqlar təmizlənmir. Ən böyük çatışmazlıq odur ki, avtobuslar arasındakı interval 15-20 dəqiqədən çox çəkir. Soyuq və isti havalarda sərnişinlər ona gözləməkdən lap beziblər! Qışda istilik sistemi, yayda isə kondisioner işləmir. Üstəlik də sürücülər bir çox halda sürət həddinə asırlar. Onlar Köhnə Günəşliyə kimi normal sürətdə avtobusu idarə edirlər.
Elə ki, Yeni Günəşli istiqamətinə keçdilər sürücülər sürət həddini artırırlar. Avtobusun yüksək sürətlə idarə olunması sərnişinləri həyəcanlandırır və qəza vəziyyəti yaradır. Ümid var ki, adiyyatı qurumlar 36 nömrəli marşrutlarda baş verən göstərdiyimiz nöqsanların qarşısını alacaq və səhlənkarlığa yol verən əməkdaşlar məsuliyyətə cəlb olunacaqlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Noyabr 2026 18:27
Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı
10 Noyabr 2026 14:31
COP31 prezidenti Azərbaycanın iqlim prosesinə töhfəsini yüksək qiymətləndirib
10 Noyabr 2026 12:11
Səfərdən qayıdan sürücülərə - XƏBƏRDARLIQ - VİDEO
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56
“Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər”
10 Noyabr 2026 10:31
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - VİDEO
09 Noyabr 2026 19:46
Mehriban Əliyevadan səmimi PAYLAŞIM - VİDEO
09 Noyabr 2026 12:39


Bakı -°C

