İlham Əliyev Xı Yınfen ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA - Rusiya və İran...

İlham Əliyev və xanımı Pekində belə qarşılandı - VİDEO + YENİLƏNİB

Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyasına start verilib - Bəyanat

İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi

Prezident “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşdü - FOTOLAR

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışlayıb

“Azərbaycan Prezidentinin “ŞƏT plyus”da iştirakı ölkəmizin nüfuzundan xəbər verir”
