Qiymətlər iki dəfə bahalaşdı...

Son vaxtlar bir neçə xidmət sahəsində qiymətlər bahalaşıb.
Bunu da onunla əlaqələndirilər ki, hər şey bahalaşıb, heç onlar əhaliyə verdiyi istilik əvvəlki qiymətlə maya dəyərinə çatmır, ona görə də , qiymətlər artırılıb.Məsələn, son bir ilə yaxın müddətdə " Azəristiliktəchizat" əhaliyə verdiyi istiliyin qiymətini iki dəfə artırıb. Yəni kvadratı 15 qəpiyə olan istilik 45 qəpikdir.
Əvvəl 30 qəpik oldu, sonra 45 qəpik. Amma biz 30 qəpik olanda da normal istilik ala bilmədik. Çünki "; Azəristiliktəchizat" verdiyi vədə əməl etmədi. Ən azından ona görə ki,qiymətlər qalxanda məlum.qurumun səlahiyyətli şəxsləri demişdilər ki, istilik bütün evlərə, mənzillərə yüksək temperaturda veriləcək,ancaq onlar vədlərinə əməl etmədilər.
Bu dəfə necə olacaq,onu deyə bilərik. Amma göz gördüyündən qorxar. İnanmaq istərdik ki, bu dəfə " Azəristiliktəchizat" əhalini aldatmayacaq, evlərə, mənzillərə yüksək keyfiyyətli istilik verəcək !!!
Emil Faiqoğlu