İlkin hərbi qeydiyyata alınmqdan yayınmaya görə cərimələrin məbləği dəyişir

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın icra hakimiyyəti orqanına getməməsinə görə cərimələrin məbləği dəyişir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə 100 manat məbləğində cərimə edilir.
Qüvvədə olan qanuna əsasən, sözügedən cərimənin məbləği 30 manatdır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Bu şəxslərə dəfn xərcləri üçün müavinət verilsin - TƏKLİF

Qanunsuz ov ətləri ilə bağlı restoranlara xəbərdarlıq edildi

"Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin" - Komitə sədri

Türkiyə səfiiri şəhid ailələri ilə görüşdü - FOTO

"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"

"Qaz xətti məktəbin yaxınlığındadır, uşaqlar soyuqda dərs keçir" - Deputat

Bu şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlər tətbiq edilir
