İllərdir bu ağrılardan əziyyət çəkən qadın 1 həftə ömrünün qaldığını öyrəndi
İngiltərədə baş və döş qəfəsindəki narahatlıq səbəbiylə xəstəxanaya gedən Harriet Annabelle Vard adlı qadın həyatının şokunu yaşayıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər qadına bir həftə ömrünün qaldığını bildiriblər.
Belə ki, üç uşaq anası olan Harriet illərdir başgicəllənmə və yorğunluq hiss edirmiş. Bu zaman ərzində o, bir neçə həkimə müraciət edib. 51 yaşlı Harrietə diaqnoz qoyulmdan həkimlər ona ciddi bir şey olmadığını deyiblər.
Lakin Harriet 10 il sonra həqiqəti öyrənib. Son zamanlarda danışmaqda çətinlik çəkən və özünü halsız hiss edən qadın üç dəfə həkimə getsə də, həkimlər bu vəziyyətin yenə stressdən qaynaqlandığını bildiriblər.
Nəhayət, yaddaş itkisi yaşayan Harriet təcili yardım otağına aparılıb. MRT müayinəsi zamanı onun beynində sürətlə böyüyən şiş aşkarlanıb. Həkimlər qadının 1 həftə ömrünün qaldığını bildiriblər. Məlum olub ki, qadının beyninin sol tərəfində 10 ildir səssizcə böyüyən və ölçüsü 7 sm-ə çatan şiş var.
O, həkimlərin ona cəmi bir həftə ömür verdiyini və yuxuda belə ölmə ehtimalının olduğunu bildirib. Ancaq Harriet ümidsizliyə qapılmayıb və sağ qalmağı seçib. Riskli əməliyyat keçirən qadın 14 saat əməliyyat masasında qalıb. Qadının əməliyyatı uğurlu keçib.