İmişlidə toydakı kütləvi zəhərlənmənin səbəbini açıqlandı
Ötən ay İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi məişət zəminində baş verib.
Bu barədə Adalet.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, daxil olan bildiriş əsasında AQTA-nın Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib.
Qeyd edək ki, E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər.
AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırıb.
Digər Xəbərlər
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10
SN-nin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrindən danışır
02 Dekabr 2025 10:09
Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?
01 Dekabr 2025 13:35
Ötən ay zəhərlənmədən ölənlərin sayı açıqlandı
01 Dekabr 2025 10:03
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
28 Noyabr 2025 09:54
Bu qidaları qəbul edirsinizsə, ürəyiniz sağlam olacaq
26 Noyabr 2025 14:03
“Alkoqol, naroktik kimi vasitələr də zorakılıq riskini artıran amillərdəndir”
25 Noyabr 2025 11:09


Bakı -°C

