İnsanlar özlərini belə etməklə başqasına göstərir...
Bir çox insanlar var ki, qiymətli və yekə avtomobillərilə öyünür, onu saxlayıb əlində açarı oynada- oynada insanların arasına daxil olur. Çoxları da ona qibtə ilə baxır və düşünür ki, kaş mənim də belə avtomobilim olaydı.
Maşın sahibi isə forslanır , camaatın diqqəti ona tikildiyi üçün özünü xoşbəxt sayır. Əslində o, xoşbəxt deyil, bədbəxt adamdı. Amma özünü xoşbəxt hesab edir. Çünki cəmiyyət belə adamlara- maşını, evi, vəzifəsi və pulu olan adamlara böyük dəyər verir.
Onlar da sanki yarışa girib, oyunları davam etdirirlər! Hələ də avtomobilin və mobil telefonların bahalı nömrələri ilə öyünənləri görəsən? Onlar bu " zerkal" nı nömrəyə 50- 60 min manat pul verirlər. Biz inanmırıq ki, hansısa, Avropa ölkəsində bir varlı , pullu adam bu bahalı nömrələrə bizimkilər qədər pul versinlər.
Çünki bizim təfəkkürümüz hələ də Sovet dönəmində olduğu kimi, qalıb. Və bir də sadəcə olaraq bahalı avtomobillərə, bahalı mobil telefonlara bahalı nömrələr alan adamlar özlərini cəmiyyətə belə göstərirlər. İnanın, 10-15 ildən sonra bizdə də , Avropada olduğu kimi, belə ucuz şöhrətdən insanlar imtina edəcəklər. Sadəcə olaraq həmin ana biraz zaman və səbr lazımdır. İnşallah, yaşayarıq görərik!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
31 Avqust 2026 18:21
16 istiqamətdə tıxac var - SİYAHI
31 Avqust 2026 10:27
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
31 Avqust 2026 09:00
Mərkəz Bakıda tıxaclı yolların siyahısını açıqladı
30 Avqust 2026 16:00
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO
30 Avqust 2026 10:48
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
27 Avqust 2026 18:50
Paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
24 Avqust 2026 09:11
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
24 Avqust 2026 09:00


Bakı -°C

